Göyün yeddinci qatından reportaj arzusu

Posted on İyun 14, 2013. Filed under: BAXIŞ BUCAĞI |

 

Bu günkü iş günüm səhər açıq və mavi səmadan gələn və getdikcə yaxınlaşan gurultu səsi oldu.  İş otağımın eyvanından yuxarı baxanda göydə ildırım sürətiylə uçan vertalyotları, qırıcı təyyarələri gördüm. Çox qəribə duyğudur, Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra SSRİ repressiv maşını Azərbaycan xalqının hərbi qüdrətini, döyüşkənliyini, zəngin hərb tarixini və o tarixi yazan igid oğul-qızları unutdurmağa çalışsa da, minlərlə günahsız ziyalı, o cümlədən milli ordumuzun formalaşmasında əməyi olan hərbçilər güllələnsə, mühacir həyatı yaşamağa məcbur edilsə də, buna nail olmadı. Məşhur və ibrətamiz bir el misalı var; “Bu da keçər”. Bəli, 70 illlik ideoloji sovet dövrü də keçdi, AZərbaycan yenidən öz müstəilliyini qanı bahasına bərpa etdi. Bütün strukturlarını elə 1918-ci ildə olduğu kimi,yenidən bərpa etdi. Mehmandarov və Əliağa Şıxlinskinin, Xosrov Paşa bəy Sultanovun və digər adını çəkdiyim və çəkmədiyim milli düşüncəli hərbi xadimlərimizin yaratdığı ordu  yenidən bərpa edildi.

Bir neçə gündür ki, Bakıda iyun ayının 26-da keçiriləcək hərbi parada hazırlıq işləri gedir.

DSCF1038 DSCF1042 DSCF1043 DSCF1046 DSCF1050 DSCF1048

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş Ordu günü  1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi.

Lakin ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə onun  22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürüldü və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Bu fərmanın tarixi əsası keçmişə və dünənimizə sayğı ilə yanaşmaq, tariximizi gələcək nələ doğru çatdırmaq amacı daşıyırdı. Çünki məhz 1918-ci il

iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti  milli ordunun yaradılması haqqında qərar qəbul etdi.

Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

AXC dövründə Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Müstəqilliyin bərpasında sonra ilk hərbi  paradın keçirilməsi 1992-ci il oktyabrın 9-a təsadüf edir. Bu paradın əhəmiyyəti o idi ki, arabağda müharibə getdiyi bir dövrdə, erməni silahlılarının Azərbaycan kəndlərinə hücumunun qarşısını almaq üçün xalqda hərbi vətənpərvərlik hisslərini, orduya inamı daha da artırdı. Hərbi parad gənclərin könüllüolaraq, döyüşə yollanan oğul və qızların döyüş ruhunu artırdı.

Növbəti parad isə 2008-ci ildə ordunun yaradılmasının növbəti ildönümündə gerçəkləşdi və Bakı əhalisi başda olmaqla, Azərbaycan xalqında, Cənubi Qafqazda və beynəlxalq aləmdə geniş səs-küyə səbəb oldu.

Bu il isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 ili tamam olur. Yəqin ki, çox adam bugün Bakında uçan hərbi təyyarə və qırıcıların, vertalyotların bir gün Şuşaya doğru yol alacağını gözləyir, gözləyir ki, çoxdandır, Qarabağ səmasının sahibi gəlsin…

Səmaya baxıram, yenə vertalyotlar uçuşur, bir anlıq özümü onun içində təsəvvür edirəm, qeyri-ixtiyari həyəcan bürüyür məni, çox görəsən pilotlarımızın yerinə olsaydım hara döndərərdim dükanı?! Yəqin ki, birinci Şuşaya, Gövhər ağa Məscidinə tərəf sürərdim, orda o müqəddəs yerdə Tanrıya ibadət duası edərdim. Nədənsə həmişə elə bilmişəm ki, o məsciddən Tanrıya daha çox çatmaq, daha yaxın olmaq olar. Təbii ki, bu uşaqlıqdan qalan bir psixoloji hissdir. Sonra Şuşadakı damı qırmızı kirəmitli evləri doya-doya seyr edərdim, enərdim Ağdama, “Ruhlar şəhəri”nə, kimsənin olmadığı addımlamağa qorxduğu şəhərə… Yuxarıdan Qarabağ rəsmləri çəkərdim, Xocalı aeroportunda eniş edib, 26 fevral gününü xatırlayıb soyqırım qurbanlarının ruhuna salavat çevirərdim. İnanmağım gəlmir, amma yenə də 20 ildən çox zaman öncəki vaxtda olan insanlarımızın qəfildən yoluma çıxmasını arzulayardım.

Amma yox, qoy elə yaxşısı budur, peşəkar vətənpərvər pilotlar sürsün, o vertalyotları. Mən isə ən böyük arzumu sizinlə paylaşım. İstərdim ki, elə o vertalyotdaca pilotla müsahibə alım. Elə göyün yeddinci qatında. Ayağımızın torpaqdan üzüldüyü, təmizliyin, aydınlığın olduğu, türklük ruhunu öz rənginə bürüyən səmada. Müstəqil ölkəmin azad səmasında…Qələbə paradından görüşənədək…

Sizlərə strength of turk blogu və turkcommando bloqu olaraq, bugün çəkilən şəkilləri təqdim edirəm.

Make a Comment

Bir şərh yazın

    Haqqında

    Türk milleti ikibin yıldır profesyonel askerdir. Bütün Türklerin mesleği askerliktir. Donaldson

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...