Posted on İyun 21, 2013. Filed under: BAXIŞ BUCAĞI |

Bu məktəbdə qızlara yox, oğlanlara qadağa var..

Qloballaşan dünyada insan rifahının daha da yüksəlməsi üçün yeni-yeni peşələr yaranır, iş keyfiyyəti yüksəlir. Lakin peşələr haqqında formalaşan ənənəvi stereotipləri dağılmaqdadır. Buna nümunə kimi dünyanın inkişaf etmiş ölkələrinin ordularında kişilərlə bərabər qadınların hərbi xidmət keçməsi, yüksək vəzifə tutması, hətta qadınlardan müdafiə naziri olmasını göstərmək olar.
Son illər dünyada ordu sistemində aparılan islahatlar, inkişaf strategiyası bütün sahələrdə olduğu kimi, hərbi sistemdə də cinsi ayrıseçkilik prizmasını dağıtmaqda, qadınlarla və kişilərə bərabər imkanlar yaratmaqdadır.

Ordularda qadınlar

Dünya tarixinə nəzər salsaq, ilk dəfə olaraq, qadınlara orduda kişilərlə birgə xidmət hüququ 1895-ci ildə Kanadada gerçəkləşib.
???????????????????????????????

Çar Rusiyası dövründə bəzi qadınların orduda xidmət etmə istəyi və sevgisi qa¬da¬ğa¬larla qarşılansa da, həmin qadınlar öz adlarını dəyişməyə məcbur oldular. Bu dəfə onlar oğlan adları qəbul edərək, arzularına nail oldular. XVIII əsrin sonlarında Saşa Tixomirova qardaşı Aleksandrın şərəfinə adlandırılan mızraklı süvarı qrupuna komandirlik edib. Süvaridə 15 il xidmət edib. Qusar süvari kapitanının qızı Nadejda Durova 1807-ci ildə özünə Sokolov kişi soyadı götürməklə ordu sıralarında xidmətə başlayıb. Nadejda Durova bununla Rusiya hərb tarixində ilk qadın zabit kimi qəbul edilib. Qusar Olqa Şidlovskaya orduda Oleq Şidlovskiy, Antonina Palşina isə Anton Palşin adıyla xidmət etməsi heç kimə sirr deyil. Anton Palşin üstəlik iki Müqəddəs Georgi xaç süvarisi olub.
222

 

55
Türk dünyası hərb tarixinə nəzər yetirsək görərik ki, saysız-heabsız qəhrəman qadınlar var. İran şahından oğlunun və vətəninin intiqamını alan Tomris, 1776-cı ildə ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, doqquz ay düşməni Dərbəndə yaxın buraxmayan Tutu Bikə, snayper Ziba Qəniyeva, İkinici dünya müharibəsində yeganə qazax qadın Xuiaz Dospanova, təyyarəçi Züleyxa Seyidməmmədova, dünyanın ilk qadın müharibə pilotu Sabiha Gökçen vəs.
Bugün qabaqcıl ölkələrinin bir çoxu; Fransa, Almaniya, İngiltərə, ABŞ, İsrail, Rumınya, Rusiya vəs. orduda qadınların intellektual səviyyəsi, bacarıq və qabi¬liy¬yə¬tindən müvəffəqiyyətlə yararlanırlar. Əksər dövlətlərdə qadınların hərbi xidməti kö¬nüllü olsa da, İsraildə qızların hərbi xidməti məcburidir.
Birinci Dünya savaşında 1917-ci ildə Fransada qadınlara tibb bacısı və başqa vəzifələrdə ça¬lış¬ma¬larına şərait yaradılmış, ancaq zabit olmalarına icazə verilməyib. Fransada qadınların 1971-ci il¬dən orduda xidmət etməyə şərait yaradılıb. 1998-cildə isə fransız qadınlar Ordunun bütün sa¬hə¬lə¬rinə nüfuz edə biliblər, komandirlik vəzifəsini yerinə yetirmək indi adi haldır. Bayan-Özel-Harekat-Polisi
Amerika Vətəndaş müharibəsində Sara Wakeman saxta adla və kişi təqlidi edərək orduya daxil olmuş və Şimal Orduda ön xətlərdə xidmət etmişdir. İkinci Dünya savaşında yaradılan qadın birlikləri isə çox vaxt tibb bacısı hazırlamaq üçün nəzərdə tutulub. Vyetnam müharibəsində amerikalı qadınlar daha çox hərbi hava qüvvələrində yer alıb. 2003-cü ildə İraq müharibəsində qadın əsgər Cesika Linçin əsir düşməsi və xilas edilməsi ABŞ mətbuatında geniş işıqlandırıldı. Bir neçə il bundan əvvəl ABŞ tarixində ilk dəfə olaraq qadın hərbçi Enn Danvudiyə ordu generalı rütbəsi verilib. Danvudinin hərbi rütbəsinin artırılmasını gələcəkdə ordunun maddi-texniki təminatının idərə edilməsinin ona həvalə olunması ilə izah edirlər. İndiyə kimi ABŞ tarixində heç bir qadın hərbi xidmətinə görə bu cür rütbə əldə etməyib. İngilis ordusunda qadınlar məqsədi düşmənlə birbaşa təmas və onu məhv etmə olan birliklərdə təmsil olma istisna edilməklə hər vəzifədə xidmət edə bilərlər.
Norveç dənizaltında qadın əsgərlərə hərbi xidmət keçmək üçün icazə verən ilk ölkədir. Norveç Ordusunda bugünə qədər ən az bir nəfər dənizaltı komandiri qadın hərbçi var. Bunlardan ilk bu rütbəyə layiq görülmüş qadın Solveig Krey’dir. Müsəlman ölkələrindən ən çox qadın İran ordusunda hesab edilir. İran ordusun¬da¬kı qadınlar da kişilər kimi ağır təlimlər keçirlər və xüsusi təyinatlı dəstələrdə, eləcə də qadın snayper bö¬lük¬lə¬rin¬də xidmət edirlər. İran Şərq ölkəsi olmasına və qadına qarşı mühafizəkar yanaşmasına bax¬ma¬yaraq, qadınların kişilərə nisbətən daha sərrast atəş aça bilməsi bacarıqlarından orduda isti¬fa¬də edirlər.
Avropa ordularında qadınların sayının artması nəticəsində NATO-nun tərkibində Qadın Hərbi Komitəsi yaradılıb. Bu komitə NATO ordularında hərbi xidmət keçən qadınların işləri, onların hüquqlarının qorunması, problemlərinin həlli ilə məşğul olur.
Ancaq qızlar üçün…

Ordunun peşəkar kadrlarla təmin edilməsi üçün hərbi ixtisaslamış peşə liseylərinin, hərbi akademiyaların təsis edilməsi və onların ən mühüm zəruri texniki avadanlıq və müəllim heyətiylə təmini zəruri şərtlərdəndir. Bu gün orduda qadınların da müx¬təlif səviyyələrdə və vəzifələrdə orduda təmsil olunduğunu nəzərə alsaq, zaman keçdikcə hərbi təhsildə yeniliklər tətbiq edilir. Bunlardan biri son dövrlər qızlar üçün hərbi məktəblərin təşkil edilməsi təcrübəsinə yaşıl işıq yandırılmasıdır. Əvvəllər hərbi məktəblərdə ancaq oğlanlar üçün təhsil imkanı yaradılırdısa, sonralar bu imkanlar qızlara da tətbiq edildi. İndi isə onlar üçün artıq ayrıca hərbi məktəblər təşkil edilir. Sözsüz ki, bu hələ başlanğıcdır.
Rusiyada 2008-ci ildə qızlar üçün ilk hərbi məktəbin Moskvada açılması ölkədə yenilik kimi qiymətləndirildi. 2012-ci ildə artıq ikinci analoji məktəbin Sankt-Peterburqda açılışı planlaşdırılır. Moskvada fəaliyyət göstərən məktəbdə hərbçilərin qızları üçün nəzərdə tutulub. Məktəb həmçinin natamam, çoxuşaqlı ailələrdən, eləcə də dünyasını dəyişmiş hərbçi qulluqçuların və hərbi əməliyyat iştirakçılarının qızlarını da qəbul edib. Bu özlüyündə hərbçi ailələrinə olan dəstəyin bir nümunəsi sayıl bilər. Məktəbdə qız şagirdlərə digər mülki məktəblərdəki kimi adi fənnlərlə yanaşı, hərbi mövzuları və üç əcnəbi dil tədris edilir. Şagirdlər rəsmxətt, rəqs, heykəltaraşlıq kimi incəsənət növlərinin də sirlərini öyrənir, hansısa musiqi alətində çalmağı yiyələnirlər.
Moskvada qızlar üçün kadet internat məktəbinin fəaliyyəti qızların hərbi davranış və biliklərə yiyələnməsi, onların gələcəkdə orduda qulluq etməsi baxımından ilkin psixoloji ibtidai hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Moskva şəhəri hökümətinin 2004-cü il iyunun 21-i “Moskva şəhəri Təhsil departamentinin dövlət təhsil müəssisələrinin yenidən təşkili haqqında” qərarıyla ancaq qızlar üçün 9 saylı kadet-internat məktəbi yaradıldı. 2004-cü ilin sentyabrın 1-i “Xanım dövlət tərbiyəçilərinin Moskva pansionu ” 9 saylı kadet məktəbi hərbi biliklərə yiyə¬lən¬mək istəyən və gələcəkdə həyatını orduya bağlamaq arzusunda olan xanımlara qa¬pı¬larını açdı. Məktəb özündə bir neçə səviyyəli təhsili əhatə edir;
 İkinci səviyyə; ümumi əsas təhsil—5 il
 Üçüncü səviyyə; orta tam təhsil—2 il
Xanımlar 5-ci sinifdən başlayaraq, hərbi xidmətin əsasları, tibbi biliklərin əsasları, 10-cu sinifdən isə dövlət qulluğunun əsaslarını öyrənirlər. Tam təhsilin ikinci yarısı qızlar atəş hazırlığı, Rusiya Ordusu, kadet korpusunun tarixini mənimsəyirlər. Məktəb musiqi salonu, xareoqrafiya, idman və akt zalları, kitabxana, stadion, tre¬na¬jor zalı, 250 nəfərlik yeməkxana, “Rusiyanın qızları” adlı muzey, yataq otaqları vəs. fəaliyyət göstərir.
ABŞ ordusunda da bir çox hərbi təhsil müəssiləri qızların bu sahədə ttəhsil almasına şərait yaradır. Ölkənin Koliforniya ştatında qızlar üçün bel hərbi məktəb fəaliyyət göstərir.

Azərbaycanda hərbi təhsil? “ancaq oğlanlar üçün”

Azərbaycan Silahlı Qüvvələrində də sözsüz ki, xanımlar müxtəlif sahələrdə xidmət edirlər. Daxili qoşunlar, Dövlət Sərhəd Xidməti və digər strukturlarda qadınlarımız fəallıq nümayiş etdirir. Müstəqillik əldə etdikdən sonra oğlanlarla yanaşı, qızlar da hərbi təhsil alma imkanları əldə etdilər. Ulu öndər Heydər Əliyevin orduya, hərb sisteminə və Azərbaycan qadınlarına olan sayğı və güvənin nəticəsi idi ki, müstəqillik illərində bir çox vətənpərvər xanım hərbi təhsilini uğurla başa vurub, ordumuzda xidmətə başladı. Lakin sonradan obyektiv və subyektiv səbəblərdən qızların qəbulu dayandırıldı. Görünür, bu da ailədə xanımın hərbçi peşəsinə yiyələnib məsuliyyət götürməsinin çətinlikləri ilə bağlıdır.Terane-Memmedova-din
Odur ki, indi hərbi təhsil müəssisələrinə ancaq oğlanlar qəbul edilirlər. Bu da söz¬süz ki, hərbi təhsil almaq arzusunda olan xanımların arzusunun üstündən xətt çəkmiş olur. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan da beynəlxalq təc¬rü¬bə¬dən yararlanaraq, qızlar üçün bu cür hərbi məktəblər təşkil edəcək. Çoxları mental dəyərləri bəhanə edərək, qızların nəinki hərbi xidmətinə, hərbi təhsilinə də mənfi yanaşırdısa, Rusiya təcrübəsi bu neqativ fikirlərin qarşısını ala, “stere¬otip¬ləri” dağıda bilər.
“Yox” deməyin, ola bilər?!
Aşağıdakı təklif və mülahizələrin gerçəkləşəcəyi təqdirdə ordu sistemimizin daha da təkmilləşməsi, hərbidə qadın və kişi bərabərliyinin təminatı, qadınların bu sahədə potensial bacarıq və imkanlarının reallaşdırılması vəs. baxımından səmərəli nəticələr verəcəyinə inanırıq.
– Oğlan və qızlar üçün hərbi tipli orta ümumtəhsil məktəblərinin yaradılması; hərbi dərslərin daha çox üstünlük təşkil etməsi;
– Qızlar üçün ayrıca hərbi məktəblərin təşkili
– Bu tip qız məktəblərində qızların daha çox uğur qazana biləcəyi istiqamətlərdə tədrisin aparılması
 Tibbi yardım
 Hərbi həkimlik
 Snayperlik
 Rabitə vəs.
 Virtual informasiya müharibəsində fəallıq göstərən İT mütəxəssislər, informasiya təhlükəsizliyi mütəxəssisləri vəs. imi ixtisaslar üzrə peşəkar kadrların hazırlanması;
 Qızların hərbi təhsili ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi;
 Gələcəkdə hərbi qız məktəbləriylə əməkdaşlıq və təcrübə mübadiləsi;
 Türk ölkələrini əhatə edən ortaq hərbi təhsil müəssisələr şəbəkəsinin qurulması;
 Türk dünyası qızları üçün hərbi məktəb yaradılması; bu sahədə çalışmaların mərhələlərlə təşkil edilməsi;
 Yeni yaranmış TAKM-ın təşkilatçılığı ilə üzv dövlətlərin daxili qoşunlarında xidmət edən xanımların təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı konfrans və seminarların təşkili; TAKM-ın təşkilatçılığı ilə hərb məktəbinin qurulması; oğlanlarla yanaşı, qızların da orda təhsil alması, təcrübə və nəzəri biliklərini artırması vəs.
Xanım da olsaq, biz də bu ölkənin, bu dövlətin vətəndaşıyıq, kişilər kimi. Odur ki, bizlərə də hərbi təhsil almağa dəstək olun.

Əfsanə Ələsgərli

Make a Comment

Bir şərh yazın

    Haqqında

    Türk milleti ikibin yıldır profesyonel askerdir. Bütün Türklerin mesleği askerliktir. Donaldson

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...