ƏN MARAQLI DÖYÜŞLƏR

Ardan Zentürk Qarabağ müharibəsində…

Posted on Oktyabr 19, 2011. Filed under: ƏN MARAQLI DÖYÜŞLƏR |

  İl 1990… Dağlıq Qarabağ döyüşünün “Ağdam Cəbhəsi”ndə Azərbaycan milis təşkilatı lideri Qatır Məmməd ilə birlikdəyik. Ermənilər, Qırmızı Ordu generallarına rüşvət vermişlər; bölgədəki Rus tank birliyi, bizim olduğumuz bölgəni cəhənnəmə çevirir. Birdən, aralarından iki dənəsi qopdu, üzərimizə doğru gəlir. İrəliləyən illərdə şəhidlik mərtəbəsinə çatan Məmməd ilə göz gözə gəldik. Aydın idi ki, tanklardan qurtuluşumuz yox idi! Eyni anda kəlmeyi-şəhadət gətirdiyimizi xatırlayıram.

Lakin iki tank tam olduğumuz yerə gəldiklərində birdən lülələrini qarşı tərəfə çevirib atəşə başlayınca çaşdıq. Elə o anda, tankların telsiz antenalarına taxılmış, mavi zəmin üzərinə BOZQURD işarəsi olan Qaqauz bayrağını gördük. Daha sonra tankdan enib yanımıza gələn Qaqauz leytenantın bu sözləri mənim gözümdə “xüsusi tarix” dir:

“Bu Ruslara bax! Pulu alıblar, bizə Türk qardaşlarımıza atəş əmri verdilər. Biz də üsyan edib bura gəldik. İndi vəziyyətlər bərabərdir,narahat olmayın”

Qaqauzlar Ortodoks Xristiandır. Eynilə ermənilər və ruslar kimi. Azərbaycan türkləri isə müsəlmandır. Xristian Qaqauz, din qardaşını tapdalayıb qan qardaşının yanında dayanır.

Bu slaydşou üçün JavaScript lazımdır.

Read Full Post | Make a Comment ( None so far )

    Haqqında

    Türk milleti ikibin yıldır profesyonel askerdir. Bütün Türklerin mesleği askerliktir. Donaldson

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...