Buraxma gedim
Qoyma tərk edim səni,
Buraxma məni gedim.
Əgər qapıdan çıxsam,
Gözləmə bir də gəlim.
Buraxma məni gedim,
O küçənin başında.
Yağışdan bərk üşümüş,
Xatirəmi tərk edim.
Hər addımı atanda
Geri boylanıram mən.
Bəlkə “dayan” deyəsən.
Bəlkə geri dönəsən.
Buraxma məni gedim,
Hər ayrılıq əzabı
Yoxluğundan betərdi.
Yoxdan hicran közərdi.
Buraxma məni gedim,
Getsəm bu sevgimizi,
Uzun yolun sonunda,
Sahibsiz uşaq kimi
Bir dalanda atacam…
19 dekabr 2012
Bir şərh yazın