BAXIŞ BUCAĞI

Posted on İyun 21, 2013. Filed under: BAXIŞ BUCAĞI |

Bu məktəbdə qızlara yox, oğlanlara qadağa var..

Qloballaşan dünyada insan rifahının daha da yüksəlməsi üçün yeni-yeni peşələr yaranır, iş keyfiyyəti yüksəlir. Lakin peşələr haqqında formalaşan ənənəvi stereotipləri dağılmaqdadır. Buna nümunə kimi dünyanın inkişaf etmiş ölkələrinin ordularında kişilərlə bərabər qadınların hərbi xidmət keçməsi, yüksək vəzifə tutması, hətta qadınlardan müdafiə naziri olmasını göstərmək olar.
Son illər dünyada ordu sistemində aparılan islahatlar, inkişaf strategiyası bütün sahələrdə olduğu kimi, hərbi sistemdə də cinsi ayrıseçkilik prizmasını dağıtmaqda, qadınlarla və kişilərə bərabər imkanlar yaratmaqdadır.

Ordularda qadınlar

Dünya tarixinə nəzər salsaq, ilk dəfə olaraq, qadınlara orduda kişilərlə birgə xidmət hüququ 1895-ci ildə Kanadada gerçəkləşib.
???????????????????????????????
(daha&helliip;)

Read Full Post | Make a Comment ( None so far )

Göyün yeddinci qatından reportaj arzusu

Posted on İyun 14, 2013. Filed under: BAXIŞ BUCAĞI |

 

Bu günkü iş günüm səhər açıq və mavi səmadan gələn və getdikcə yaxınlaşan gurultu səsi oldu.  İş otağımın eyvanından yuxarı baxanda göydə ildırım sürətiylə uçan vertalyotları, qırıcı təyyarələri gördüm. Çox qəribə duyğudur, Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra SSRİ repressiv maşını Azərbaycan xalqının hərbi qüdrətini, döyüşkənliyini, zəngin hərb tarixini və o tarixi yazan igid oğul-qızları unutdurmağa çalışsa da, minlərlə günahsız ziyalı, o cümlədən milli ordumuzun formalaşmasında əməyi olan hərbçilər güllələnsə, mühacir həyatı yaşamağa məcbur edilsə də, buna nail olmadı. Məşhur və ibrətamiz bir el misalı var; “Bu da keçər”. Bəli, 70 illlik ideoloji sovet dövrü də keçdi, AZərbaycan yenidən öz müstəilliyini qanı bahasına bərpa etdi. Bütün strukturlarını elə 1918-ci ildə olduğu kimi,yenidən bərpa etdi. Mehmandarov və Əliağa Şıxlinskinin, Xosrov Paşa bəy Sultanovun və digər adını çəkdiyim və çəkmədiyim milli düşüncəli hərbi xadimlərimizin yaratdığı ordu  yenidən bərpa edildi.

Bir neçə gündür ki, Bakıda iyun ayının 26-da keçiriləcək hərbi parada hazırlıq işləri gedir.

DSCF1038 DSCF1042 DSCF1043 DSCF1046 DSCF1050 DSCF1048

(daha&helliip;)

Read Full Post | Make a Comment ( None so far )

Blogla bağlı 2012-ci il hesabatı

Posted on Dekabr 31, 2012. Filed under: BAXIŞ BUCAĞI |

The WordPress.com stats helper monkeys prepared a 2012 annual report for this blog.

Here’s an excerpt:

The new Boeing 787 Dreamliner can carry about 250 passengers. This blog was viewed about 1,500 times in 2012. If it were a Dreamliner, it would take about 6 trips to carry that many people.

Click here to see the complete report.

Read Full Post | Make a Comment ( None so far )

Sosial şəbəkələr və Ermənistan-Azərbaycan münaqişəsi

Posted on İyun 27, 2012. Filed under: BAXIŞ BUCAĞI |

Nəyi yazmaq olar nəyi yox?

İyun ayının əvvəllərində Qazax rayonunun Ermənistanla həmsərhəd bölgəsində təmas xəttində baş verən gərgin silahlı atışma nəticəsində Azərbaycan Ordusu 5 şəhid vermişdi.

İyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində şəhid olub. Onlardan 4-ü 1993-cü il təvəllüdlü çağırışçılar, 1-i isə müddətdən artıq hərbi xidmət keçən 1988-ci il təvəllüdlü çavuşdur. Şəhidlərin adları: Əliyev Amil Novruz oğlu (1988, Neftçala ), Əzizov Xalid Mətləb oğlu (1993, Şəki ), Bağırov Vahid İntiqam oğlu (1993, Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993, Cəlilabad ), İsmayılov Elçin Əlövsət oğlu (1993, Yevlax ).  (daha&helliip;)

Read Full Post | Make a Comment ( None so far )

“KOMANDO” Türk dünyasının askeri sesi

Posted on İyun 21, 2012. Filed under: BAXIŞ BUCAĞI |

TÜRK kahramanlık və zaferleri ile adını tarihe yazdırmış şerefli bir soydur, kazak, üzbek, qaqauz, türkmen, Azerbaycan türkleri, uygur, Türkiyedeki kardeşlarimiz, Saha Yakutyadan tutmuş, Avrupaya kadar buyuk coğrafyayı kaplamışız. Bugün aramızda her ne kadar  kopukluklar olsa da, kültürel bağlar, ortak tarih ve adetler bizi yeniden  bir birimize yakınlaştırıyor.

Bu dergi türk dünyasına ait askeri, ordu kuruculuğu konuları, türk dünyasının şanlı kahramanlarının hayat öykülerini ortaya koyacak, Doğu Türküstandan Kerküke kadar büyük coğrafyada yaşayan Türk insanının Vatan  sesi olmaya çalışacak.

“Komando” türk dünyası askeri dergisi pdf-de yayinlanacak. Amaç türk dünyasi askeri alanda olup biten değişik ve reformları izlemek, Türk soyunun  bugüne kadar tarihte kazandıkları zaferleri yazmak, türk halklarının kahramanlık yapmış şehit ve gazilerimizin hayat öykülerini paylaşmak, bununla da Türk gençlerinin askeri ruhunu ve Vatan sevgisini yüce tutmaktır. Yazılar Azerbaycan və Türkiye Türkcesinde yayınlanacak.

Dergimiz isteriz ki, Türk gençliğinin Vatan sesi olsun. İstek ve tekliflerini buraya yaza bilirsiniz.

Dergimizi okumak isteyenler kendi emaillerini bu posta adresine göndersinler.

efsanebayram@gmail.com

İlk sayda okuyacağınız bazı yazıların başlıkları

Bütün türklər bir ordu: türk dünyası hərbi siyasi birliyinin yaranması mümkündürmü?

Ağdamda əsgərlərlə birgün: gördüklərim, eşitdiklərim

Türk dünyasının gəncləri “Qarabağ”da

Ordum varsa, yurdum var— Qələbə əzmi ilə 2012-ə

Türkiyenin Doğu Koruyucuları:Ulupamir kırgızları

İstedadlı şair Zaur Qəriboğlunun əsgərlik əhvalatları

Ali  Hərbi Məktəbin müdavimi:“Buna görə onları ya vurmalısan, ya da ki..”

Hansı hərbi məktəblərdə oxumalı?

Bordo Bereliler:Görünmez özel askerler

General Dadaş Rzayev: “ Ermənilər dəfələrlə Başkəndə hücum etdilər, amma..”

Zabit Babək Həsənov : “ Hər gecə Allaha dua edirdim ki…”

” Kabulda anbarda  yanğının qarşısını aldıq”

Tanınmış jurnalist Ardan Zentürkün  Qarabağda gördükləri

“Ədalətsizlik mənə tamaşa edir”

Çanaqqalanın əsgərlərinin yazdıqlarından

Tural Əliyev: “Atam dedi ki, çempion olmalısan… ”

Abdülaziz’in Çin’deki Müslümanlara askerî yardımı

SaYoKan rəsmisi Vasif Namazov: “Bu, küçə döyüşü üçün hesablanıb ”

Bedelli askerlik

Çanakkale savaşı için saçlarından vaz geçti

Dünyanın ən tanınmış snayperləri

“KOMANDO” türk dünyası hərbi elektron dərgisi

Read Full Post | Make a Comment ( None so far )

Gec yazdığıma görə bağışla….

Posted on Aprel 26, 2012. Filed under: BAXIŞ BUCAĞI |

Birinci Hissə

O gün fərqli bir yaz səhəri oldu həyatımda. Bəlkə də bir daha belə sakit, hüznlü və sevgi dolu səhər olmayacaq.

Hava təzə işıqlaşırdı. Yarı ayıq olsam da, otaqda olan addım səslərinin yaxınlaşmasının belə fərqinə varmamışdım. Bir də gördüm, kimsə məni qucaqlayıb, yavaşca alnımdan öpdü. Atam idi. O, çox vaxt səhər tezdən duranda işə getməmişdən qabaq belə edərdi. Ancaq bu dəfə nə işə gedirdi, nə də başqa bir yerə. Özümü güclə saxlayıb ağlamamaq üçün gözlərimi bərk-bərk yumdum. Onun gözünə baxmağa cəsarət edə bilmədim. Çünki onun daim gülüş və məğrur dolu sifətindəki   ümidsizliyi və həyatdan bezginliyini və bizdən narahatlığını görmək istəmirdim. Bu gün aprelin 26-ı  hammızın narahatlıqla gözlədiyi gün–əməliyyat olacaqdı.  (daha&helliip;)

Read Full Post | Make a Comment ( None so far )

“Xoca” filmi haqqında düşüncələrim

Posted on Mart 17, 2012. Filed under: BAXIŞ BUCAĞI | Etiketlər: |

Toy davam edir, Xocalıda isə düşmən ordusu qırğın törətməkdədir. Ələkbər dostları Yura və Arzu ilə vəziyyətdən çıxış yolları axtarırlar. Burada poçta işləyən bir qız elə ilk görüntüdə diqqəti çəkir. Onunla Yuranın sevgi süjeti filmin uğulu epizodlarındandır. Sonradan tamaşaçı bu iki gənjin nakam taleləri ilə üzləşir və hər ikisinin taleyinə qəlbən acıyır. (daha&helliip;)

Read Full Post | Make a Comment ( None so far )

Zalımın qarşısında, məzlumun yanındayıq…

Posted on Oktyabr 19, 2011. Filed under: BAXIŞ BUCAĞI |

Bu slaydşou üçün JavaScript lazımdır.

Bakı Xəzərin sahili adətən həmişə küləkli olur. Əsən rüzgarlar dalğaları oynatdıqca, sanki ləpələrin pıçıltısı o biri sahilə salamlar aparır. “ Selamlar,”

Saçlarımı oxşayıb dağıdan şıltaq Bakı küləyindən qorunmağa çalışıram. Dənizin həzin ləpələrinin sədası altında düşündükcə, Almas İldırımın misraları yadıma düşür: “Salam versəm, rüzgar alıb götürsə..” O biri  sahilə boylanıram. Qədim və başı bəlalı Türküstan ellərinə. Qanlı-qadalı müharibələr, ağrılı illər yaşasa da, yenə də öz milli mədəniyyəti, musiqisi, keçmişin izlərini qoruyub saxlayır. Qədim qalaları, məscidləri, küçələri sanki keçmişdən bizə boylanır.

Bakının sahilində isə Mikayıl Müşfiqin öyüb təriflədiyi küləklər harasa baş alıb gedir. Sərhəd tanımadan Türküstana, Altaya, Sibirə qıpçaq-noqay ellərinə, Çin səddindən İdilə, Batı Trakyaya, özlərini hunların nəvələri adlandıran “Hungary”ya—macarlara qədər sərbəst və qayğısız gəzir.

Küləklər, küləklər, bəxtiyar küləklər…” Əslində duyğulu şarimiz Mikayıl Müşfiqin  söylədiyi kimi əsən rüzgarlar həmişə belə həzin olmur. Əsdimi, tufan qoparır, səsindən qulaq tutulur, qarşısına çıxanı burulğana salıb məhv edir. Şanlı keçmişi və zəfərləri ilə zəngin türk sərkərdələrinin hər birinin düşmən üzərinə etdiyi yürüşlər də bu cür tufan qoparıb, tarixin yaddaşlarına öz zəfərlərini həkk etdiriblər. Geriyə isə şanlı döyüş səlnamələri, onların mərdlik və cəsarətliyini anladan rəvayətlər, dastanlar, əfsanələr qalıb…

Kim idi, tarixin bir çox hökmdarlarına meydan oxuyan, atlarının kişnərtisindən düşməni vəlvələyə salan, ən əsası mərdlik, cəsarət və doğruluğu özünə kredo seçən bu savaşçılar?  Avropanı fəth etmiş Atilla,  gələcək nəsillərə ən gözəl keyfiyyətləri arzulayan və onlara dua edən Oğuz Xaqan,  sərtliyi, və intizamı, yasalarıyla  seçilən Çingiz xan, öz müəlliminin ayaqları altında dəfn edilməyini vəsiyyət etmiş qüdrətli Əmir Teymur, sevdiyi xanımına Tac Mahalı tikdirən Moğol imperiyasının hökmdarı Əkbər Cahan şah, Azərbaycan türkcəsini dövlət dili elan edən və qılıncıyla bir topun zəncirini qıran Şah İsmayıl, və digərləri. Kimi üçünsə adını sadaladıqlarım  tarixdə öz missiyalarını başa vurub getmiş şəxsiyyətlər ola bilər. “Nə olsun ki?, Onlardan bizə nə?”—deyə bilərlər. Əslində bu cür düşünənlərə bir qədər haqq vermək də olar, verməmək də.

Çünki zaman sürətlə dəyişir, necə deyərlər, hər dövrün öz hökmü və hökmdarı var. Dəyişməyən isə bircə şeydir: hər bir şəxsiyyətin xalq və dövləti qarşısında qoyub getdiyi xidməti və fəaliyyəti.

Məncə, bu baxımdan türk xalqlarının dünyaya bəxş etdiyi sərkərdələr, hərbçilər, tarixi şəxsiyyətlər və hökmdarlara nəzər yetirsək, bizlərin necə qürurlu və zəngin keçmişə malik xalqa mənsub olduğumuzu görərik. Bu keçmişi öyrənib qürur duymaq, gələcək nəslə ötürməliyik! Çünki onlardan öyrəniləcək çox dərslər var.

Başqalarının uzun illər tarix boyu iddia etdiyi kimi və üzərimizə zorla yapışdırdığı  “türk vəhşidir” kimi ifadələri tarix səhifələrindən  cırmağın zamanı çoxdan gəlib çatıb…B bloqda da məhz buna çalışacağıq.

Bu bir həqiqətdir ki, türk savaşmaq, hürr yaşamaq, ədalətli cəmiyyət qurmaq üçün dünyaya gəlib. Hansı qövm, tayfa,  onun tabeliyində yaşayıbsa, daim ondan loyal münasibət, yaxşılıq görüb. Bəlkə də türkün humanistliyidir ki, öz xalqından daha çox məhz digər xalqlara xüsusi münasibət göstərib. “Axı onlar qonaqdır, qoy bizim eldə özlərini yad hiss eləməsinlər…”—deyə fikirləşiblər.

Tarixən, erməniyə də, yəhudiyə də, rusa da, farsa da vəs. bu prizmadan yanaşılıb. Çünki türkün ürəyi  sevgidən, insani duyğulardan yoğrulub. Onun yasasında köməksizə, məzluma əl qaldırmaq yoxdur. Başqasının torpağına göz qoymaq, onun ailəsinin namusuna toxunmaq, evini başına uçurmaq yoxdur. Onun yasasında günahsız körpə və qadınları, qocaları qışın şaxtasında güllələmək də yoxdur. Onun qanunları, törələri başqadır. Burda hər şey Tanrının—Gök Tenqrinin ona vəd etdiyi ədalətlə, haqla ölçülür. Kim günahkardırsa, o cəzalandırılır. Türk əli silahsıza toxunmur, düşməniylə üzbəüz savaş meydanında  döyüşür, onun fəndi və gücü haqqa və Tanrısına inamı, uğrunda savaşdığı müqəddəs Vətən torpağına sevgisidir.

O torpaq ki, üzərində gəzirik, addımlarımızı əminliklə basırıq. Bunun əvəzi dünyada ölçüyə gəlməz. Türklər bərəkətli torpaqlar  tapıb orda məskunlaşanda qurduğu çadırları—evləri yurd adlandırırlar. Bugün Orta Asiyada çadırın yurd adlanması da məhz bu qədim dövrün ənənələrindəndir. Bir evdə  ev sahibi rəhmətə gedəndən sonra orda kimsə yaşamırsa, “filankəsin yurdu boş qaldı”—ifadəsi işlədilir. Niyə “evi” yox, məhz “yurdu”? Çünki qədimdən ulu babalarımızın “yurd” adlandırdığı doğma ocaq-ev olub. Birdə ki, həqiqətən yurd və vətən sevgisi elə birinci “kiçik yurd”—ocaq—ailə sevgisindən başlanır. əgər kiçik yurdu həqiqətən sevib, onun üçün fədakarlıq etməyi bacarırıqsa, deməli, Vətəni də o cür sevə bilərik. Biz sevən,  sevgimiz üçün də mübarizə aparan, son addımda şəhid ola bilən və qəhrəmanlığından dastanlar yazılan bir millətik!

Biz  həm də Xocalıda anasının qucağında donub ölən körpəyik, Qarabağda girovluqda qalan, namusu kirlədilən qadınların, işgəncə edilən insanların naləsiyik, Urumçidə  öz türkcəsində danışmağı yasaq edilən və edam olunan uyğurların səsiyik,  Kərkükdə türkmanların göz yaşı, təsəllisiyik, bir-birindən illərdir, ayrı düşmüş və tatarı başqırda, qırğızı özbəyə,  yakutu Altaya, “düşmən” edilən böyük TÜRK çinar ağacının budaqlarıyıq.

Biz öz şücaət və döyüşkənlikləriylə Çin səddinin tikilməsinə rəvac verən, ancaq Kürşadın və 40 döyüşçünün fədakarlığını unudan böyük hunların nəvələriyik. Biz  ayrı-ayrı türk ellərini həmrəy görmək istəyən,  xristian qaqauzu, şamanist Altayı, müsəlman uyğuru və oğuz boylarını, bir süfrə ətrafına toplamağı, gözü yaşlı soydaşının dərdinə dərman olmağı qarşısına məqsəd qoyan millətpərvər gənclərik. Bizlər ulu babalarımızın bizə miras qoyub getdiyi gücü yenidən bərpa etmək üçün birləşirik. Birləşirik ki, güclü olaq, həmrəy olaq, hürr olaq! Turana gedən yol mənəvi birlikdən keçir.

Anadoluda əli xınalı qızların yolunu gözlədiyi, dağlarda  qürurla xidmət edən mehmetçiyik, üçrəngli bayrağımızın şərəfini “qurgen”lərə yedirməyən alnı açıq Ramilik, Qarabağda viranə  evlərin, günahsız qətlə yetirilən uşaqların qisasını alan Mübarizik, Urumçi küçələrində edamdan öncə gəzdirilən, ancaq inadından dönməyən Osman Baturuq.

Daha nəyik, daha kim olacağıq, onu zaman göstərəcək.

Bircə şey dəqiqdir; biz harda yaşamağımızdan asılı olmayaraq, işimizlə türk ulusuna xidmət edən Vətənin əbədi əsgərləriyik. Xidmətdə uğurlar!

Əfsanə BAYRAMQIZI

Read Full Post | Make a Comment ( 2 so far )

    Haqqında

    Türk milleti ikibin yıldır profesyonel askerdir. Bütün Türklerin mesleği askerliktir. Donaldson

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...