Faşistlərin qorxduqları “əclaf” ovçu

Posted on Mart 4, 2013. Filed under: ONLAR BELƏ DÖYÜŞDÜ |

Yakutiyadan olan “Busxaa” ləqəbli İvan orduda olan əsgərlər arasında fiziki gös­tərici­lərinə görə o qədər də cəlbedici deyildi. 1 metr 54 santimetr boyu olan və 53 kiloqram çəkili İvan faşist ordusunun canına vəlvələ salmışdı.  Ondan soruşanda ki, “Müharibədə  insanları öldürmək qorxulu deyil ki? ”—snayper  belə cavab vermişdi: “ Müharibədə özümü ovda hiss edirdim, özümə təlqin edirdim ki, faşist əsl heyvandır, onu zərərsizləşdirmək lazımdır.”

İvan Nikolayeviç Kultbertinov  əslən zvenk olub Yakutiyada Olekminsk rayonunun Tyanya kəndində anadan olub. Sadə bir ovçu olan zvenk balasını sonralar tale  İkinci Dünya müharibəsində od-alovun içinə atdı.       8144934531_64d5fcb677_z               IKulbertinov02

 

1942-1945-ci illər ərzində snayper kimi döyüşən  İvan  rəsmi statististikaya görə 428 alman faşistini əsasən zabitləri, o cümlədən oberşturmanfüreri (polkovnik) məhv edib. Kultbertinovun özünün etirafına görə hər dəfə düşməni məhv etdikcə siyahısına əlavə edirmiş, bununla da siyahısının sayı 500-ə kimi gəlib çatıb.

Müharibədə göstərdiyi şücaətə görə “Qırmızı Bayraq”, III dərəcəli “Şöhrət”, I və II dərəcəli “Böyük Vətən Müharibəsi”, “Şücaətə görə” ordenlərinə layiq görülüb.

Alman zabitinin etirafı: “məkrli asiyalı”

1944-cü il yanvarın 11-i Dördüncü Ukrayna cəbhəsinin “Stalin bayrağı” qəzeti yazırdı: “Bizim cəbhənin ən yaxşı snayperi böyük leytenant Kulbertinov 232 zabiti qəbrə göndərib. Həmkar veteranlar qürurla xatırlayır ki,  Moravsko-Ostravsk istiqamətində Kulbertinov necə 3 snayper duelində qələbə qazandı, “Vaffen SS” eqer xüsusi birləşmədən bir şturmbanfürer və iki oberşturmbanfüreri vurdu.

Çerniqov şəhərində öldürülmüş alman zabitinin üzərindən göndərilməmiş bir məktub diqqəti cəlb edirdi. Orada zabit onun batalyonundan öldürülmüş döyüşçülərin balaca və məkrli asiyalı snayperin sərrastlığı ucbatından həyatlarını itirməsini yazırdı. Məktubda qeyd edilən “kiçik, məkrli asiyalı” diviziyadakı yeganə asiyalı İvan Kulbertinov idi. Mukaçevo şəhər rayonunda payız vaxtı  şəhərin bir  kvartalında lövhədə “ Achtunq Kulbert” (“Diqqət, Kulbert”) yazılarına rast gəlinirdi. Prikarpat kəndlərindən birində almanlar zabit və əsgərləri ayıq-sayıq olmağa səsləyir, sovet ordusunda döyüşən snayperlərdən ehtiyat edirdilər. Bunun üçün yazılan“ Achtung– Der sibirischen mitternacht” sözləri faşist zabitlərinin kiçik, ancaq sərrast Kulbertinovdan qorxması və ondan çəkinməsinin göstəricisi idi.

                   Kulbertinov: “Müharibədə özümü ovda hiss edirdim”

Yakutiyadan olan “Busxaa” ləqəbli İvan orduda olan əsgərlər arasında fiziki gös­tərici­lərinə görə o qədər də cəlbedici deyildi. 1 metr 54 santimetr boyu olan və 53 kiloqram çəkili İvan faşist ordusunun canına vəlvələ salmışdı.  Ondan soruşanda ki, “Müharibədə  insanları öldürmək qorxulu deyil ki? ”—snayper  belə cavab vermişdi: “ Müharibədə özümü ovda hiss edirdim, özümə təlqin edirdim ki, faşist əsl heyvandır, onu zərərsizləşdirmək lazımdır.” O, həmçinin fritslərin alayını məhv etmiş, Vermaxta ciddi problemlər yaratmışdı.

 

kulbert1          1124385_1

Snayperlərkralına döyüşlərdə göstərdiyi xidmətə görə Sovet Ordusu tərəfindən “TT” pistoleti və “Çayka” maşını hədiyyə edilib. Müxtəlif şanlı adlara və təltiflərə layiq görülən döyüşçülərin bir çoxundan daha çox əməyi olan İvan Kulbertinov həmişə sadə, təmkinli və qürurlu həyat yaşayıb. Müharibədən sonra yenə həmişəki kimi tayqa meşələrində vaxtını keçirirdi. Heç vaxt adda, nüfuzda gözü yox idi.  O qədər təvazökar və ləyaqətli insana olan paxıllıq və ya ehtiyatlığın nəticəsi idi ki, layiq olduğu  üç otaqlı evi ona ölümqabağı hədiyyə etmişdilər.

                 Alman Ordusu snayperə qarşı hansı hiylələrə əl atırdı?

İvan Kulbertinovun sərrasatlığı almanlarda o qədər qorxu yaratmışdı ki, onu “Todencandidaten” (snayper-ölüm) adlandırırdılar. Bu səbəbdən də alman dağ atıcılarına onu dərhal məhv etmək tapşırığı verilmişdi. Bununla kifayətlənməyən faşistlər İvan Kulbertinovun qabarıq gözlü vəhşi quş simasında və ya mağara insanı kimi təsvir edən karikatura vərəqləri  yayırdılar. Vərəqlərdə “Biz sənə də gəlib çatacağıq, əclaf ”, “Qerr Kulbert, Qerr Kulbert, qorxma bizə gəl”—deyə hədə-qorxu gəlməkdən çəknimirdilər. Əslində bu müharibə gedən dövrdə qarşı tərəfə götərilən psixoloji təsirin bir nümunəsi idi. Faşist alman zabitlərindən bir qrupu xüsusi olaraq bu yakut snaperin izinə düşür, onu məhv etməyi qarşılarına məqsəd qoymuşdular.

Sovet Ordusu snayperini necə qoruyurdu?

Ancaq buna baxmayaraq, Busxaa sakit görünür, günlərlə gizləndiyi mövqedən çıxmırdı. Bir çox snayperlər onun “polad” əsəb sisteminə həsəd aparırdılar. Sovet komandanlığı snayperi “göz bəbəyi” kimi qoruyur, onu diqqətdən ayırmırdı. Çünki orduda xüsusi və əvəzedilməz rola malik peşəkar snayper müharibənin gedişinə təsir etmək qabiliyyətinə malikdir. İ.Kulbertinovun optik nişangahla birgə “Zauer” snayper tüfəngi, amerikan binoklu, döyüş sursatı, xüsusi ət, qarğıdalı çörəyi ilə kərə yağı, 100 qram arağı olurdu. Kolbasa və  duzlu pendir ona məxsusi olaraq verilmirdi ki, bu onun görməsinə mənfi təsir edər. Ön cəbhədə komandanlıq snayperin istirahətinə xüsusi fikir verirdi. Onun sərəncamına hətta iki döyüşçü köməkçi də verilmişdi. Odur ki, ona göstərilən bu diqqətin və önəmin nəticəsi idi ki, Kulbertinovun kiçik intizamsızlıqları bağışlanırdı. Bu problemdən qurtulmaq üçün diviziya komandanlığı  rus dili bilən yakut tərcüməçi də dəvət etməyi düşünürdü.

kulberttt           img

Hərbi vəziyyətlərdə Kulbertinovun tayı bərabəri yox idi. Odur ki, onu Vətənində “Busxaa” (zvenkcə “Qüdrətli”) adlandırırdılar.

Əfsanəvi snayper İvan Kulbertinov 1993-cü il fevralın 13-ü gözlərini əbədi həyata yumdu. Bəstəkar Emelyanovun onun xatirəsinə bəstələdiyi “İvan Kulbertinov haqqında ballada” onun qəhrəmanlığını vəsf edir.

Make a Comment

Bir şərh yazın

    Haqqında

    Türk milleti ikibin yıldır profesyonel askerdir. Bütün Türklerin mesleği askerliktir. Donaldson

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...