ƏSGƏRLİYƏ HAZIRIQ

Gözlənilən səs

Posted on Fevral 6, 2013. Filed under: ƏSGƏRLİYƏ HAZIRIQ |

Qəribədir, səslər içində ən yad səs səslərdən seçilə bilər, ən yad səs ürəyindəki səslə həmahəng olub doğmalaşa bilər. Görünür, bu da təbiətin qanunauyğunluqlarındandır. Qəlbin səsləri həmahəng olduğu kimi danışıq səsləri də həmahngləşir, doğmalaşır zamanla. Kiminsə səsində o ilıq nəfəsi, doğmalığı hiss edə, duya bilirsən. O səs sahibinin üzünü görməsən də bu doğmalıq yaranır.

O səs tembri ilə görməyə başlayırsan həmin səs sahibini, o səslə təsəvür edirsən onu. Səslər həm də görüntü yaradır xəyallarda, ən təsəvüredilməz səhnələri canlandırır yaddaşlarda. Bəzən kədərləndirir, bəzən duyğulandırır, bəzən də kədər qarışıq səbəbini bilmədiyin bir sevinc duyursan. Qəlbin gecənin bir vədəsində, mışıl-mışıl şirin yuxuya dalmış doğmalarından “icazəsiz” o səsi duymaq istəyir, bununla da ağılın əksinə öz ərköyünlüyünü edir, “telefonu götürüb zəng elə”—deyir. Ağıl isə “ bu istəyin sonu sənə iztrabdan başqa bir şey verməyəcək.”—deyə qaşlarını çatır. Ancaq qəlb başqa söz deyir: “Ancaq  O Səs mənim narahatlığıma son qoya bilər.” Qəfildən pəncərə titrəyir. Qəlb bu səsdən dik atılır, bu da səs idi, ancaq küləyin səsi. Pəncərə şüşələrinə dəyib aramla taqqıldayan yağış dənələri də səs çıxarır. Ancaq sən o səslərə biganəsən. Çünki sənin qəlbinin səsi hələ gəlməyib. Bəlkə də yoldadır, bəlkə də yarı yolda yoxuşlarda azıb. Sənin qəlbin isə öz səsini gözləyir, son anacan əbədi onunla döyünəcək səsi. Onunla bu dünyanı əl-ələ tərk edəcək səsi. O qəlbin sevgi səsi. O səs isə sənin səsindən asılıdır….

 

Read Full Post | Make a Comment ( None so far )

    Haqqında

    Türk milleti ikibin yıldır profesyonel askerdir. Bütün Türklerin mesleği askerliktir. Donaldson

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...